“Meqa Həyat” sığorta şirkətinin rəhbərliyinə yeni təyinat olub.
“APA-Economics” xəbər verir ki, səhmdarların qərarı ilə iyun ayından etibarən sığorta şirkətinin satış departamentinin rəhbəri Fərid Əbdürrəhmanov İdarə Heyətinin üzvü təyin edilib.
Qeyd edək ki, F. Əbdürrəhmanov “Meqa Həyat”da 2024-cü ildən fəaliyyətə başlayıb. Bundan əvvəl isə “Atasığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətlərində çalışıb.