Bank Of Baku

MİDA Naxçıvanda yaşayış kompleksi tikəcək

MİDA-nın mətbuat katibi Diana Dadaşova

© APA | MİDA-nın mətbuat katibi Diana Dadaşova

# 28 noyabr 2025 18:23 (UTC +04:00)

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvanda yaşayış kompleksi inşa edəcək.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MİDA-nın mətbuat katibi Diana Dadaşova deyib.

O qeyd edib ki, MİDA Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 2,31 hektar torpaq sahəsində yeni binaların inşasına başlayıb:

“Bununla yanaşı Hövsan qəsəbəsində 5,83 hektar torpaq sahəsində və Abşeronun Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində də yeni yaşayış komplekslərinin tikintisinə başlanılması üçün sənədləşdirmə işləri həyata keçirilir. Paralel olaraq MİDA-nın növbəti layihələrindən birinin Naxçıvan şəhərində reallaşdırılması nəzərdə tutulub. Hazırda bu yeni yaşayış kompleksinin layihələndirmə işləri həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR