Azərbaycanın iqtisadiyyatında şaxələndirmə prioritet olaraq qalır və qeyri-neft sektorunda ciddi artım müşahidə olunur.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Özəl Sektor Forumu"nda bildirib.
"2021–2025-ci illərdə qeyri-neft və qaz iqtisadiyyatının orta illik artımı 6% təşkil edib, bu sektorun ÜDM-də payı isə 58%-dən 71%-ə yüksəlib" - deyə o qeyd edib.