Bank Of Baku

Müşahidə Şurasının sədri: “Azərsun” mövcud zavodunu iki dəfə böyütməyi planlaşdırır

Müşahidə Şurasının sədri: “Azərsun” mövcud zavodunu iki dəfə böyütməyi planlaşdırır
# 26 sentyabr 2026 12:05 (UTC +04:00)

“Azərsun Holding” mövcud istehsal müəssisəsinin gücünü iki dəfə artırmağı planlaşdırır.

Bunu “APA-Economics”ə açıqlamasında “Azərsun Holding”in Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib.

Tahir Gozəl qeyd edib ki, şirkət kağızın təkrar emalı və qablaşdırma sənayesinə yeni investisiyalar yatırmaq niyyətindədir və bununla bağlı hazırda müzakirələr aparılır.

“Yeni zavod yaradılır. Mövcud zavodumuzu iki dəfə böyütmək istəyirik. Məqsədimiz ixrac potensialı yaratmaq və ixracı inkişaf etdirməkdir”, – Tahir Gozəl bildirib.

Tahir Gozəl əlavə edib ki, “Azərsun Holding” ənənəvi qida istehsalı ilə yanaşı, gələcəkdə texnoloji istiqamətlərə də investisiyaları genişləndirməyi hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR