Bank Of Baku

Nazir: Azərbaycanda güclü fiskal ehtiyatlar infrastruktur modernləşməsini və investisiya prosesini dəstəkləyir

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 17 iyun 2026 14:38 (UTC +04:00)

Azərbaycanda makroiqtisadi və makrofiskal sabitlik artıq uzun müddətdir təmin olunub.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan dialoqda bildirib.

"Lakin mütləq və nisbi göstəricilərə baxdıqda, toplanmış fiskal ehtiyatların miqyası ölkənin ÜDM-dən də böyük olması bizə imkan verib ki, milli infrastrukturun modernləşdirilməsi mərhələsini nisbətən rahat şəkildə həyata keçirək. Eyni zamanda, azad edilmiş ərazilərə investisiyalar davam etdirilib. Qeyd üçün deyim ki, bu investisiyalar təxminən ölkə ÜDM-nin 3%-i həcmindədir. Bu isə digər inkişaf prioritetlərindən imtina etmədən həyata keçirilib", - deyə nazir qeyd edib.

O əlavə edib ki, bu böyük makro ehtiyat və fiskal idarəetmənin keyfiyyəti daha uzunmüddətli geri dönüşü olan investisiyalarda daha cəsarətli addımlar atmağa imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR