Bank Of Baku

Nazir: Azərbaycanla Kamboca arasında yol xəritəsinin hazırlanması üçün ilkin razılıq əldə edilib

Nazir: Azərbaycanla Kamboca arasında yol xəritəsinin hazırlanması üçün ilkin razılıq əldə edilib
# 12 oktyabr 2026 16:03 (UTC +04:00)

Bu gün Prezident İlham Əliyevlə Kamboca Krallığının baş naziri Hun Manetin apardığı müzakirələr bizə və Kambocalı həmkarlarımıza qarşıda duran işlərin icrası üçün aydın istiqamətlər və imkanlar təqdim edir.

"APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda çıxışı zamanı bildirib.

“Artıq müvafiq işçi qrupunun fəaliyyətə başlaması və Prezident İlham Əliyevin, eləcə də Kamboca Krallığının baş naziri Hun Manetin nəzərdən keçirməyi üçün müvafiq yol xəritəsinin hazırlanması ilə bağlı ilkin razılıq əldə etmişik", - deyə nazir əlavə edib.

M. Cabbarov onu da qeyd edib ki, Azərbaycan etibarlı qlobal enerji təchizatçısıdır. Hazırda Azərbaycan vasitəsilə boru kəmərləri ilə təbii qaz alan ölkələrin sayı 16-dır. Mayeləşdirilmiş formada qaz alan ölkələrin sayı isə daha çoxdur: “Rəqabətqabiliyyətli enerji qiymətləri Azərbaycanı istehsal üçün cəlbedici məkana çevirir. Ənənəvi enerji, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində tərəfdaşlıqları alqışlayırıq. Milli enerji şirkətimiz SOCAR yalnız təchizatçı deyil, həm də fəal investor kimi çıxış edir. Hazırda şirkətin Avropa, ABŞ, Yaxın Şərq, Mərkəzi Asiya və digər regionlarda investisiya fəaliyyəti mövcuddur. Kambocalı tərəfdaşlarımızla birgə işləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdən məmnun olarıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR