Bank Of Baku

Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub

Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub
# 11 fevral 2026 16:11 (UTC +04:00)

2025-ci il ərzində Azərbaycanda 17 milyard 677.8 milyon ədəd siqaret və siqar, 1926.6 ton isə tütün istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə siqaret və siqar istehsalı 16.4% artıb, tütün istehsalı isə 2.2 dəfə azalıb.

Qeyd edək ki, 2026-ci il yanvar ayının 1-nə siqaret və tütün üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 1 milyard 347.6 milyon ədəd və 150.4 ton təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycana tütün və tütün məlumatları idxalı əvvəlki illə müqayisədə 11.1% artaraq 131 milyon 961 min ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR