Bank Of Baku

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb
# 15 iyul 2024 11:22 (UTC +04:00)

Bu ilin 1 iyul tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4 978, fərdi sahibkarların sayı isə 91 881 təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 835 mikro, 50 kiçik, 20 kiçik və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib.

Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86 373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 508 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR