Bank Of Baku

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
# 03 fevral 2025 15:34 (UTC +04:00)

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

Əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR