Bank Of Baku

Şahin Mustafayev: Azərbaycan-Rusiya İşgüzar Şurası iki ölkənin sahibkarları arasında mühüm platformadır

baş nazirin müavini Şahin Mustafayev

© APA | baş nazirin müavini Şahin Mustafayev

# 17 aprel 2026 11:31 (UTC +04:00)

Azərbaycan-Rusiya İşgüzar Şurası iki ölkənin sahibkarları arasında qarşılıqlı fəaliyyət üçün mühüm platformadır və ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və inkişafına töhfə verir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

O qeyd edib ki, hər iki ölkənin dövlət strukturları Şura ilə fəal əməkdaşlıq edir, investisiya layihələrinin həyata keçirilməsi və ixrac-idxal potensialının artırılması üçün əlverişli şəraitin yaradılmasına kömək göstərirlər:

“Biz İşgüzar Şuranın fəaliyyətini yüksək qiymətləndiririk və əminik ki, o, bundan sonra da Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin inkişafına mühüm töhfə verəcək. 2024-2026-cı illəri əhatə edən əsas əməkdaşlıq istiqamətlərinin inkişafına dair yol xəritəsi ticarət, investisiya, nəqliyyat, sənaye, kənd təsərrüfatı, energetika, turizm, ərzaq təhlükəsizliyi və informasiya-kommunikasiya texnologiyaları sahələrini əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR