Bank Of Baku

Türkiyə və Gürcüstanla iqtisadi inteqrasiyanın gücləndirilməsi dəyərləndirilib

Türkiyə və Gürcüstanla iqtisadi inteqrasiyanın gücləndirilməsi dəyərləndirilib
# 26 fevral 2026 14:57 (UTC +04:00)

Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib.

"APA-Economics" xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanları vurğulayaraq, enerji resurslarından effektiv istifadənin, Orta Dəhlizin potensialının reallaşdırılmasının, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsinin, ölkələrimizin ixrac imkanlarının artırılmasının və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmini qeyd etdik. Fəaliyyətimizin prioritet istiqamətlərindən olan təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir", - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR