Bank Of Baku

Ümumtürk Patent Təşkilatının yaradılması təklif edilir

İqtisdiyyat naziri Mikayıl Cabbarov

© APA | İqtisdiyyat naziri Mikayıl Cabbarov

# 24 oktyabr 2025 12:58 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının (CTPO) yaradılması təklif edilir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında iqtisdiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır:

"Eyni zamanda, 2023-cü ilin noyabrında TDT-nin Astanada keçirilmiş 10-cu Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması təşəbbüsü sənaye və texnologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. TÜRKMET-in təsis olunması regional iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR