Mayın 25-də “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyinə təşkilati, o cümlədən "Unibank"ın İdarə Heyətinin sədrinin seçilməsinə dair məsələnin müzakirə edilməsi də daxildir.
Yığıncaq, Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.