ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında ikitərəfli protokol imzalanacaq

ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında ikitərəfli protokol imzalanacaq
# 13 iyun 2025 15:49 (UTC +04:00)

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşüb.

APA-Economics” xəbər verir ki, görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb və ikitərəfli protokolun imzalanmasına dair razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR