Bank Of Baku

Xarici ticarət iştirakçıları üzrə şirkətlərin sayı artıb

Xarici ticarət iştirakçıları üzrə şirkətlərin sayı artıb
# 20 avqust 2025 16:06 (UTC +04:00)

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 169 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 48 732 nəfər təşkil edib. Onlardan 39 126 nəfəri fiziki ( illik müqayisədə 7.6% artıb), 9606 nəfəri isə hüquqi şəxslərdir ( 2.3% artıb).

Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 160-ı dövlət, 9446-ı nəfəri isə özəl sektorun nümayəndələri olub.

Qeyd edək ki, hesabar dövründə idxal əməliyyatlarının həcmi 13 milyard 614.8 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 298 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 15 milyard 226.9 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı – 2 427 ədəd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR