Bank Of Baku

Xidmət rəisi: Elektron Rəqabət İnformasiya Sistemi və Keyfiyyət Portalı hazırdır

Xidmət rəisi: Elektron Rəqabət İnformasiya Sistemi və Keyfiyyət Portalı hazırdır
# 11 iyul 2024 11:28 (UTC +04:00)

Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) texniki olaraq hazırdır.

"APA-Economics" xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

"Yalnız müəyyən çatışmayan normativ bazanın hazırlanmasının bitməsi nəticəsində bu sistem bazara təqdim olunacaq. Keyfiyyət sahəsinin də tənzimlənməsi bizim üzərimizdə olduğu üçün Keyfiyyət Portalı da texniki olaraq hazırlanıb. Burda da normativ baza təsdiq olunduqdan sonra geniş auditoriyanın istifadəsinə veriləcək", - deyə M.Abbasbəyli bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR