Bank Of Baku

XİN rəhbəri Azərbaycan şirkətlərini Moldovaya investisiya yatırmağa dəvət edib

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi

© APA | Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi

# 06 mart 2026 13:30 (UTC +04:00)

Azərbaycan-Moldova münasibətləri enerji sahəsində və digər sahələrdə inkişaf etdiriləcək.

APA xəbər verir ki, bu barədə Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan 2022-ci ildə enerji böhranında Moldovaya dəstək verib: “Buna görə Azərbaycan hökumətinə təşəkkür edirik. Azərbaycanla sadəcə təbii qaz sahəsində deyil, “yaşıl enerji” sahəsində də əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycan şirkətlərini Moldovaya investisiya yatırmağa dəvət edirik. Moldova layihələrin benefisiar olması üçün əlindən gələni etməyə hazırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR