Yeddi ayda kafe və restoranlar 1.2 mlrd. manatdan çox gəlir əldə edib

Yeddi ayda kafe və restoranlar 1.2 mlrd. manatdan çox gəlir əldə edib
# 14 avqust 2024 13:07 (UTC +04:00)

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat olub.

Bu barəd “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6% artaraq 630,5 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR