Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əmək haqqını artıran sahibkarların ödədikləri əmək haqqlarına ən azı bir il müddətinə vergilərdən 50% güzəşt tətbiq olunsun.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
Deputat bildirib ki, sadələşdirilmiş verginin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması bir mühüm bir yenilikdir: “Hazırda Azərbaycan dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı isə gömrük ödənişləri hesabına formalaşır. Gürcüstan dövlət büdcəsində dövlət büdcə gəlirlərinin hər 100 manatının 78 manatı vergi hesabına formalaşır. Türkiyənin dövlət büdcəsində hər daxil olan 100 manatın 86 faizi dövlət vergilərinin hesabına formalaşır. Yəni Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və bu istiqamətdə dövlətin iqtisadi siyasətini həqiqətən də sosial olduğunu deməyə bir də əsas verir. Amma bu o deməkdir ki, biz bu istiqamətdə vergi dərəcələrini deyil, vergi bazasının artması yönündə də müəyyən işlər görmək lazımdır. Biz hər zaman vergi güzəştləri, vergilərin azad olunması ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsindən gəlirlərdən 7,3 milyard manat həcmində azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyardı gömrükdən azadolmalardır, 3,8 milyardı isə sahibkarlıqdan azadolmalardır. Bu dövlət büdcəsi gəlirlərinin 20%-ə yaxındır. Belə halda istənilən bir vergidən güzəştlər məqsədli və müddətli olur. Məqsədimiz də aydındır, vergi bazasının artması, daha çox insan və sahibkarların şəffaflaşması ilə bağlıdır. Azərbaycan dövlətinin, xüsusən hökumətin apardığı vergi siyasəti kifayət qədər effektivdir, yumşaqdır və eyni zamanda gəlirlərə və öz ölkənin sosial vəziyyətinə uyğunlaşan bir siyasətdir”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır: “Təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əmək haqqını artıran sahibkarların ödədikləri əmək haqqlarına ən azı bir il müddətinə vergilərdən 50% güzəşt tətbiq olunsun. İkincisi, Azərbaycanda indi universiteti qurtaran, universiteti qurtarıb ilk dəfə əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu məşğulluqda daha çox effekt versin”.
Yeni iş yeri açan və əməkhaqqını artıran sahibkarlara vergi güzəştləri təklif olunub
Sahibkarlıq
“AzerGold”un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb - FOTO - VİDEO
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan-Litva Dəyirmi Masası keçirilib
Xəbər Lenti
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
NYT: FIFA Trampa təqdim etdiyi Sülh Mükafatını ləğv edə bilər
Britaniya Argentinanı Folklend adalarına təzyiqi dayandırmağa çağırıb
Yeni Zelandiya sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib
Mask USAID-i çox sayda insanın ölümünə səbəb olmaqda ittiham edib
KİV: Almaniya Ukrayna ilə PUA sahəsində razılaşma imzalamaqdan imtina edir
Spiegel: Almaniya Ukrayna münaqişəsinin Baltik dənizinə yayılmasından narahatdır
Albaniyada etiraz aksiyasında 19 nəfər xəsarət alıb
Gəncədə köşkdən kişi meyiti tapılıb
Paşinyan müxalifətin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyindən əmindir
Los-Ancelesdə zəlzələdən sonra “Chevron”un neft emalı zavodunda güclü yanğın olub
Los-Anceles yaxınlığında zəlzələ baş verib
Baş nazir: Gürcüstanın Aİ üzvü olması üçün hər şey ediləcək
Kobaxidze: Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq
Siyazəndə su kanalında batan 13 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
Tramp: Daşqın Vaşinqtondakı qolf meydançasını məhv edib
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
Netanyahu baş nazir postunu rotasiya əsasında Eyzenkotla bölüşməyə hazırdır
Vilnüsdə İspaniya səfirliyinə məxsus avtomobil yanıb
Rusiya Kiyevə dronlarla hücum edib, ölən və yaralananlar var
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
Edi Ramanın istefasını tələb edən tələbələrin etiraz aksiyası zamanı polislə toqquşma baş verib
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb
Kamçatkada 3 bal gücündə zəlzələ qeydə alınıb
Tsarukyanın partiyası Ermənistan parlament seçkilərinin nəticələri ilə bağlı AİHM-ə müraciət edib
Tovuzda sel suları səbəbilə torpaq sürüşməsi olub, çatlar yaranıb - FOTO - VİDEO - YENİLƏNİB
Samsun hava limanında təlim təyyarəsi qəzaya uğrayıb
Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident baş verib - VİDEO
Türkiyəni Bolu şəhərində itkin düşən 10 uşaq və uşaq evinin 3 əməkdaşı tapılıb
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İranın Qərbi Azərbaycan ostanında dəm qazından zəhərlənmə nəticəsində 4 nəfər ölüb
Əfqanıstanda məktəbdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb, 99 nəfər xəsarət alıb - YENİLƏNİB
Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran həbs edilib
Qorlovkada Ukrayna zərbəsi nəticəsində sakin yaralanıb
Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb
Bu il fiziki şəxslər tərəfindən Azərbaycana 1,3 mlrd. dollarlıq məhsul idxal edilib
FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib - VİDEO
Lənkəranda qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
“AzerGold”un sosial layihəsi çərçivəsində Daşkəsəndə Tədris Mərkəzi yaradılıb - FOTO - VİDEO
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Əbiş Zamanov vəfat edib
Zelenski: Ukraynanın təhlükəsizlik təminatları Aİ üzvlüyü və güclü ordunu əhatə etməlidir
"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
Bərdədə ər-arvad dəm qazında boğulub, biri ölüb