Bank Of Baku

Azərbaycan Bakı-Tiflis-Ceyhan kəməri ilə neft nəqlini dayandırıb

Azərbaycan Bakı-Tiflis-Ceyhan kəməri ilə neft nəqlini dayandırıb
# 06 avqust 2008 12:49 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib. «Türkiyənin «Botash İnternational Limited» şirkətindən «BP-Azerbaijan»a verilən məlumata görə, BTC-nin Türkiyə hissəsində boru kəmərinin torpağın üstündə olan 30-cu siyirtmə qurğusunda yanğın baş verib, hazırda yanğının aradan qaldırılması işləri davam etdirilir. Boru kəməri bu ərazidə yerin altı ilə çəkildiyindən zədələnməyib. «Botash İnternational Limited» şirkətinin xahişi ilə BTC ilə neftin nəqli müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, neftin hasilatı və tankerlərlə nəqli davam etdirilir. Yanğının səbəbləri yanğın aradan qaldırılandan sonra araşdırılacaq», - deyə T. Bayatlı bildirib.
T. Bayatlının sözlərinə görə, yanğın zamanı insan tələfatı baş verməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 00.00 radələrində BTC-nin Türkiyə hissəsində baş verən yanğını söndürmək hələ də mümkün olmayıb. Ərzincan-Sivas yolunun 52-ci km-də baş verən partlayışın səbəbləri də hələlik məlum deyil. Partlayışdan sonra güclü yanğın başlayıb. Hündürlüyü 50 metrədək olan alovun yaxınlıqdakı kəndlərə və meşə zolağına keçməsinin qarşı alınıb. Hadisədən sonra boru xətti vasitəsilə neftin və yaxınlıqdan keçən təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli dayandırılıb. Yanğınsöndürənlər partlayışın baş verdiyi əraziyə yaxınlaşa bilmirlər. Buna görə neft kəmərində olan neftin yanıb qurtarmasını gözləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR