Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb
# 19 avqust 2008 10:11 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov – APA. Azərbaycanın şimal-qərb bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 10.00-dan etibarən Qax, Balakən və Zaqatala rayonlarına elektrik enerjisi verilmir. Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən enerji təchizatında yaranan problemin Şəkidə yeni yolun salınması ilə bağlı olduğunu bildiriblər. Həmin yoldakı elektrik dirəkləri dəyişdirildiyindən, enerji verilməsində müvəqqəti fasilə yaranıb. Bölgəyə elektrik enerjisinin verilməsi saat 19.00-dan sonra bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR