Bank Of Baku

Yanvar-iyun aylarında «Qaraçuxur» yatağından qaz hasilatı 41% azalıb

Yanvar-iyun aylarında «Qaraçuxur» yatağından qaz hasilatı 41% azalıb
# 19 avqust 2008 12:53 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Qaraçuxur» yatağından 2008-ci ilin yanvar-iyun aylarında 1,8 mln. kubmetr həcmində qaz hasil olunub. Bu da 2007-ci ilin ilk yarısı ilə müqayisədə 41% azdır. Təkcə iyun ayında yataqda 350 min kubmetr qaz hasil olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Qeyd edək ki, «Qaraçuxur» yatağının işlənməsinə dair saziş 2004-cü ilin iyununda ARDNŞ-la Çinin «Noble Sky» şirkəti arasında imzalanıb. Müqaviləyə əsasən, ARDNŞ-in iştirakı payı 25%, «Noble Sky»ın payı isə 75% təşkil edir. Yataq Bakının 15 km-də yerləşir və 1928-ci ildən işlənir. İstismara başlandıqdan sonra yataqda 36 mln. ton neft hasil olunub. Yatağın istismar fondu 121 quyudan ibarətdir ki, bunun da 45-i işçi vəziyyətindədir. Yatağın qalıq ehtiyatları 5,645 mln. ton neft təşkil edir. Quyuların sulanması 97,9% təşkil edir.
Xatırladaq ki, bu saziş ölkə parlamenti tərəfindən 2005-ci il aprelin 29-da ratifikasiya olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR