Bank Of Baku

Azərbaycan hökuməti ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsi məsələsini müzakirə edir

Azərbaycan hökuməti ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsi məsələsini müzakirə edir
# 19 sentyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinin icrasında «0» balansı mərhələsi başlayıb və xarici şirkətlərin yatırdıqları investisiyaların repatriasiyası (qaytarılması) başa çatıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mösümovun sözlərinə görə, hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) aktivlərinin ölkə hökumətinin balansına keçirilməsi məsələləri müzakirə olunur. Bu məsələyə dair ARDNF, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və ABƏŞ-in iştirakı ilə yaradılmış işçi qrupu aktivlərin dövlət balansına keçirilmə müddətini müzakirə edir.
Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neftin ixracından əldə olunan gəlirin 80%-i Azərbaycan hökumətinin, 20%-i isə xarici tərəfdaşların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR