Bank Of Baku

«SOCAR-KPŞ» MMC-yə üç beynəlxalq sertifikat təqdim olunub

«SOCAR-KPŞ» MMC-yə üç beynəlxalq sertifikat təqdim olunub
# 19 sentyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in təsisçiliyi ilə yaradılmış «SOCAR-KPŞ» MMC-yə 20 Sentyabr - Neftçilər günü ərəfəsində üç beynəlxalq sertifikat (İSO-90001:2000 keyfiyyət, İSO-14001:2004 ətraf mühitin mühafizəsi və İSO-18001:2007 əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi) təqdim edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Müştərək müəssisə 2007-ci ilin may ayında yaradılıb. Nizamnamə fondu 50 min manat olan müəssisənin təsisçiləri ARDNŞ (50%) və «Corporation Petroleum»dur (50%).
Müəssisənin fəaliyyət dairəsinə yeni texnika və texnologiyaların tətbiqi, ultrasəs diaqnostikası və defektoskopiya, mühərriklərin, xüsusi texnikanın, qaldırıcı və hidrotexniki qurğuların yoxlanması və təmiri, qabaqcıl ölkələrin neft-qaz sənayesində istifadə edilən ən yeni texnika və avadanlığın istismarı daxildir. Müəssisənin xidmətlərindən bir çox qazma və neft və qazçıxarma idarələri, H.Əliyev adına Bakı Dərin Özüllər zavodu istifadə edirlər. Beynəlxalq sertifikatların əldə edilməsi müəssisənin xarici ölkələrdə keçirilən müvafiq tenderlərdə iştirakına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR