Bank Of Baku

Qubad İbadoğlu: «2011-ci ildən Azərbaycanda neft hasilatı düşəcək»

Qubad İbadoğlu: «2011-ci ildən Azərbaycanda neft hasilatı düşəcək»
# 19 sentyabr 2008 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ictimai birliklərinin «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası bu gün Bakıda «Əsrin kontraktının 14-cü ili və neft-qaz sənayesində şəffaflıq təşəbbüsü» mövzusunda dəyirmi masa keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu «Əsrin kontraktı»nın Azərbaycanın həyatında mühüm hadisələrdən biri olduğunu vurğulayıb. Q.İbadoğlu bildirib ki, bu müqavilə Azərbaycanın iqtisadi imkanlarının və valyuta ehtiyatlarının artmasında mühüm rol oynayıb.
Bununla yanaşı Q.İbadoğlu 2010-cu ildən sonra ölkədə neft istehsalının aşağı düşəcəyini vurğulayıb. Koalisiya nümayəndəsi qeyd edib ki, əgər Azərbaycanda 2009-cu ildə 420 mln., 2010-cu ildə 450 mln. barel neft hasilatı gözlənilirsə, artıq 2011-ci ildə hasilatın səviyyəsi 410 mln., 2015-ci ildə 250 mln., 2020-ci ildə isə 110 mln. barelədək azalacaq. Ötən ilin yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 60%-nin neft sektorundan daxilolmalar hesabına formalaşdığını qeyd edən Q.İbadoğlu bu tendensiyanın müsbət sayılmadığını və iqtisadiyyatın hələ də neftdən asılı vəziyyətdə olduğunu vurğulayıb.
Daha sonra Norveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilmiş sorğunun nəticələri barədə məlumat verən Koalisiya nümayəndəsi bildirib ki, sorğuda iştirak etmiş 500 respondentin 80%-ə qədərinin neft gəlirləri haqqında məlumatlı olduğu müəyyənləşib. Respodentlərdən 33%-i neft gəlirlərinin onların həyatına müəyyən formada təsir göstərdiyini, 16%-i müsbət təsir göstərdiyini, 16%-i isə bu təsirin cüzi olduğunu bildirib. Respodentlərin 8,3%-i hesab edir ki, neft gəlirlərinin xərclənməsi səmərəli həyata keçirilir. Onlardan 41,6%-i isə bu proseslə qismən qane olduğunu, 24,96%-i isə narazı qaldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR