Bank Of Baku

Yanvar-avqust aylarında Azərbaycanda sənaye istehsalı 10% artıb

Yanvar-avqust aylarında Azərbaycanda sənaye istehsalı 10% artıb
# 19 sentyabr 2008 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsulunun və xidmətlərinin həcmi 9,6% artıb. Hesabat dövründə neft sektorunda istehsal 9,9%, qeyri-neft sektorunda 6,8% yüksəlib. Ümumilikdə isə, sənayedə 20,5 mlrd. manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin artımı neftin hasilatında 9,2%, qazın hasilatında 59,3%, qida məhsullarının istehsalında 1%, kimya sənayesində 50,3%, dəri dəridən məmulatlar və ayaqqabı istehsalında 31,8%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 36,2%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalında isə 8,4% müşahidə olunub.
İstehsalın 94,8%-i malların, 5,2%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 17,9%-i dövlət müəssisələrində, 82,1%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 3,6% və 11% çoxalıb.
Sənaye məhsulu istehsalının 78,8%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və sənaye xidmətlərinin göstərilməsi 9,7%, 17%-lik paya malik olan emal bölməsində 7,2% və elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 8,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR