Bank Of Baku

Azərbaycan istehsal etdiyi polipropilen boruların çeşidini genişləndirir

Azərbaycan istehsal etdiyi polipropilen boruların çeşidini genişləndirir
# 19 sentyabr 2008 11:40 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Azərbaycanın «Sata-Plas» şirkəti 2008-ci ilin sonunadək istehsal etdiyi polipropilen boruların çeşidini genişləndirmək niyyətindədir.
«APA-Economics»in məlumatına görə, hazırda 20-40 mm diametrdə olan boruları istehsal edən şirkət ilin sonunadək 72 mm diametrdə də boruların istehsalına başlayacaq. Bundan əlavə, yaxın 2 ay ərzində «Sata-Plas» şirkəti polipropilen metal boruların istehsalına başlamağı planlaşdırır.
Qeyd edək ki, 1987-ci ildən Gəncə şəhərində fəaliyyət göstərən «Sata-Plas» şirkəti yüksək keyfiyyətli plastik məmulatlar və fitinqlərin (boruları bir-birinə birləşdirmək üçün yivi olan detallar) istehsalı ilə məşğuldur. İstehsal prosesində Cənubi Koreyanın «Hyosung Corporation» şirkətinin xammalından istifadə olunur. «Sata-Plas»ın Bakı və Gəncə şəhərlərində satış mərkəzləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR