Bank Of Baku

Sabah Bakının mərkəzində işıq problemi olacaq

Sabah Bakının mərkəzində işıq problemi olacaq
# 19 sentyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 20-də saat 09:30-dan etibarən Bakı şəhərinin mərkəzi ərazilərinin enerji təchizatında qısamüddətli fasilələr yaranacaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Səhmdar cəmiyyətindən bildirilib ki, 116 saylı 35/10 kV-luq yarımstansiyada transformatorların daha güclüləri ilə (15 MVA-lıq əvəzinə 25 MVA-lıq) əvəzlənməsi ilə əlaqədar olaraq saat Səbail və Nəsimi rayonlarının Zərifə Əliyeva, Səməd Vurğun, Həzi Aslanov, Vidadi, Dilarə Əliyeva, Bül-bül, Tolstoy, Nizami küçələrində elektrik enerji təchizatında qısamüddətli fasilələr yaranacaq.
Qeyd edək ki, transformatorların dəyişdirilməsindən sonra qış aylarında əvvəllər yaranmış fasilələr sıfıra endirilərək daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR