Bank Of Baku

Yanvar-avqust aylarında Azərbaycanda magistral neft və qaz kəmərləri ilə nəqletmə müvafiq olaraq 17% və 59% artıb

Yanvar-avqust aylarında Azərbaycanda magistral neft və qaz kəmərləri ilə nəqletmə müvafiq olaraq 17% və 59% artıb
# 19 sentyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 31,2 mln. ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Ötən dövr ərzində Bakıdan 23,5 mln. ton və ya 23,5% çox neft ötürülüb. Ümumilikdə, magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 16,5% artıb.
Hesabat dövrü ərzində ölkənin magistral qaz kəmərləri ilə 7,1 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,9% çox qaz nəql edilib. Nəql edilən qazın 29%-i Bakı-Tiflis-Ərzurum (BTƏ) kəməri vasitəsilə həyata keçirilib. Cari ilin səkkiz ayı ərzində bu kəmər vasitəsilə 3 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR