Bank Of Baku

«BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi» üzrə təqdimat keçirib

«BP-Azerbaijan» şirkəti «Çıraq Neft Layihəsi» üzrə təqdimat keçirib
# 23 sentyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda «BP-Azerbaijan» şirkətinin «Çıraq Neft Layihəsi» (ÇNL) üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi ilə bağlı iş həcminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, «BP-Azerbaijan» şirkətinin ÇNL üzrə direktoru İlqar Məmmədov bildirib ki, yeni yataqdan neft Xəzərin 175 metr dərinliyindən əldə olunacaq: «Artıq 2007-ci ildə kəşfiyyat işləri yekunlaşıb, 2008-ci ildə isə ilkin layihənin yekunlaşması nəzərdə tutulub. Bundan sonra, 2009-cu ildə mühəndis-layihə işlərinə start veriləcək, 2013-cü ildə isə ilkin neft hasilatına başlanacaq».
İ.Məmmədovun sözlərinə görə, yataqdan ildə 331 mln. standart barel neftin əldə olunacağı gözlənilir: «Platformanın hazırlanması üçün 28 istismar, 17 vurucu quyudan və dayaq piltəsinə qədər 16 quyudan istifadə ediləcək».
Layihənin ətraf mühitin qorunması ilə bağlı əlaqələndiricisi Ayaz Həsənov isə bildirib ki, sentyabr ayı ərzində ekologiyanın qorunması ilə bağlı mütəxəssislərin və ictimaiyyətin fikirlərinin öyrənilməsinə cəhd olunub: «Gələn ilin aprel ayında müvafiq sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq. Nazirliyin rəyindən sonra prosesin növbəti mərhələsinə start veriləcək. Yataqda neft hasilatı zamanı ekologiyanın qorunması üçün müasir avadanlıqlardan istifadə ediləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR