Qafqaz savaşının əks effekti
Hazırda beynəlxalq mövqeyi o qədər də əlverişli olmayan İranın regionda qarışıqlıq yaratmaq cəhdlərinin bu ölkənin özü üçün müsbət nəticələrə gətirib çıxarmayacağı aydındır. Belə bir addımın regionda ciddi maraqları olan ABŞ-ın kəskin reaksiyasını doğuracağını nəzərə alan rəsmi Tehran hələ ki, gözləmə mövqeyindən çıxış edir. Eyni zamanda, Rusiyanın o qədər də obyektiv olmayan maraqlarını belə çılpaq aqressivliklə, bütün beynəlxalq norma və prinsiplərə açıq-açığına meydan oxuyaraq təmin etməsini də nə Qərbdə, nə də postsovet məkanında heç kim gözləmirdi. Hələ 2000-ci ildə Rusiyanın nəzarətindən yan keçən Bakı-Tiflis-Ceyhan kəmərinin təhlükəsizliyinə əmin olan ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton kəmərin inşasını «XX əsrin sonunun ən böyük nailiyyəti» kimi dəyərləndirib.
Həm Rusiya, həm də Gürcüstan bir-birini «beşgünlük Qafqaz müharibəsi»nin başlanmasının təqsirkarı adlandırır. Cənubi Osetiyadakı qondarma «vətəndaşlarının» və «sülhməramlıları»nın həyatının qorunması adı altında Rusiya ordusunun Gürcüstana yeridilməsinin arxasında başqa motivlərin olduğu tezliklə özünü göstərdi. Müharibə zonasından çox aralıda yerləşən ərazilərdə törədilən təxribatlar Rusiyanın regiondan keçən kommunikasiyalar üzərində nəzarətin əldə edilməsi planının çoxdan mövcud olduğu anlamına gəlir. Əks halda, döyüş zonasından aralıda yerləşən və Azərbaycandan, eləcə də Mərkəzi Asiyadan neft və neft məhsullarının nəql edildiyi Kaspi şəhəri yaxınlığındakı yeganə dəmir yolu körpüsünün, daha sonra neft məhsulları daşıyan qatarın partladılması, coğrafi cəhətdən qətiyyən nə Abxaziyaya, nə də Cənubi Osetiyaya aidiyyəti olmayan, lakin neft daşımalarında əhəmiyyətli rol oynayan Poti şəhərinin rus qoşunları tərəfindən tutulması və sırf «təsadüfən» hərbi əməliyyatlardan bir gün əvvəl BTC kəmərinin Türkiyə hissəsində partlayışın baş verməsinin eyni vaxta düşməsi barədə bir çox suallar yaranır. Əslində prezident Mixail Saakaşvilinin Cənubi Osetiyada konstitusion quruluşun bərpası əməliyyatı lap yerinə düşmüşdü. Kremlə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqinin hadisələrdən dərhal sonra, bir qədər tələsərək «artıq BTC kəməri öldü» deməsi isə əsas hədəfin Qafqaz enerji dəhlizi olduğu barədə heç bir şübhələrə yer qoymur.
Rusiya ilə Gürcüstanın hazırkı hakimiyyəti arasında antaqonizmin kökləri hələ 2003-cü ilin sonuna – Gürcüstanda «Qızılgül inqilabı» nəticəsində Rusiyaya münasibətdə bir qədər loyal və ehtiyatlı davranan Eduard Şevardnadzenin bu ölkədə prezident vəzifəsindən devrilərək onun yerinə ABŞ-ın Kolambia Universitetinin məzunu M.Saakaşvilinin gətirilməsi zamanına gedib çıxır. «Qızılgül inqilabı» Qərb üçün çox sərfəli bir vaxtda baş vermişdi. Çünki bir müddət sonra strateji əhəmiyyətli Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşəcəkdi. Kəmərin işə salındığı 2005-ci ilin iyulunadək Gürcüstan demək olar ki, tamamilə Rusiyanın təsiri altından çıxdı. Saakaşvilinin özünün dediyi kimi, BTC kəməri Rusiyanın bu ölkəyə hücumunun əsas səbəbi olub. Avqustun 19-da Vaşinqtonda Atlantik Şuranın seminarında iştirak edən Gürcüstan parlamentinin spikeri David Bakradze isə Qərbə açıq mesaj göndərib: «Əgər Rusiya ABŞ-ın regionda əsas müttəfiqi olan Gürcüstanı dizi üstə çökdürərsə, onda digərləri nə edəcək?» Bakradzenin fikrincə, Gürcüstana dəstək Rusiyanı Xəzər hövzəsi ixrac yollarını nəzarətə götürməyə imkan verməyəcək: «Gürcüstan Rusiyanın təsiri altına düşsə, Azərbaycan alternativ enerji ixracı yoluna malik olmayacaq. Bu isə heç bir gülləsiz-filansız Azərbaycanın da nəzarət altına düşməsi anlamına gəlir».
Məlum olduğu kimi, bu ilin iyununda Azərbaycana səfər edən «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller rəsmi Bakıya «Şahdəniz» layihəsi çərçivəsində hasil edilən bütün qazı Avropa qiymətləri ilə almaq təklifi verib. Analitiklərin qeyd etdiyi kimi, bu təklifin əsas məqsədi Qərbin ciddi-cəhdlə həyata keçirməyə çalışdığı «Nabucco» qaz kəməri layihəsinin reallaşmasına maneə törətmək idi. Azərbaycan və Türkmənistan adıçəkilən qaz kəmərinin əsas təchizatçıları qismində təqdim edilir. Türkmənistanı Azərbaycan vasitəsilə «Nabucco» layihəsinə birləşdirəcək Transxəzər qaz kəməri layihəsi də bu gün heç vaxt olmadığı qədər gündəmdədir. Transxəzər kəmərinin inşa ediləcəyi təqdirdə Türkmənistanda hasil ediləcək təbii qazın böyük hissəsi Qərbə bu marşrutla nəql ediləcək. Son vaxtlar Azərbaycanla Türkmənistan arasında yaranan isti münasibətlər Qərbin dəstək verdiyi layihələrin reallaşacağına ümid verir. Rusiyanın məlum təklifinə rəsmi Bakı o zaman həmin təklifin dəyərləndiriləcəyi barədə qeyri-dəqiq cavab verib. Rusiya Gürcüstandakı son addımları ilə həm Qərbdə Qafqaz enerji dəhlizinin düşünüldüyü kimi təhlükəsiz olmadığı şübhələri yaradır, digər tərəfdən isə Mərkəzi Asiya ölkələrinə onların karbohidrogen resurslarının nəql yolları barədə qərar vermələrində müstəqil olmadıqları mesajını verir. Avqustun 14-də Gürcüstandakı hadisələrin qızğın vaxtında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrinin «Qazprom» tərəfindən Azərbaycana verilən təklifin qüvvədə olmasını xatırlatması deyilənlərə bariz sübutdur.
Qafqazdakı hadisələrdən ilk günlər şok keçirən Qərb bu gün özünə gələrək vəziyyətdən çıxış yolları aramaqdadır. ABŞ Avropa dövlətlərini Rusiyadan enerji asılılığını azaltmağa və alternativ təchizat mənbələri aramağa çağıranda bu ölkələri təmsil edən şirkətlər «Qazprom»la əməkdaşlıq barədə ikitərəfli sazişlər imzalayırdı. Hazırda bir çox Avropa dövlətləri Rusiyanın irəli sürdüyü «Şimal axını» və «Cənub axını» layihələrində iştirak edir. Lakin Rusiya bu kəmərləri işə salmadan da Avropanın ən iri neft və qaz təchizatçısı hesab olunur. Ötən il qitənin qaz idxalının 38%-ni, neft idxalının isə 33%-ni Rusiya təmin edib. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2030-cu ildə Avropanın qaz idxalının həcmi iki dəfə artacaq ki, bunun da böyük hissəsi Rusiyanın payına düşəcək. Hazırkı durumda Avropa Birliyinin Polşa və Litvanın tələb etdiyi kimi Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaları tətbiq etməsi qitənin özü üçün mənfi nəticələrə gətirib çıxara bilər. AB-nin Brüsseldə fövqəladə sammitin keçirildiyi gün – sentyabrın 2-də Rusiyanın «təmir işləri ilə əlaqədar» Avropaya qaz nəql edən Yamal-Avropa qaz kəmərinin fəaliyyətini dayandırması Qərbə növbəti xəbərdarlıq kimi dəyərləndirilməlidir.
Deyəsən Qərb də öz növbəsində bu xəbərdarlıqdan lazımi nəticə çıxarmağa başlayır. Brüssel sammitində iştirak edən Böyük Britaniyanın baş naziri Qordon Braun həmkarlarını əmin etməyə çalışıb ki, Avropa tam mənada müstəqil siyasət yeritmək üçün enerji təchizatçılarının diversifikasiyasına daha çox vəsait ayırmalıdır. Bu günlərdə Avropa Birliyinin enerji komissarı Andris Piebalqs da Gürcüstandakı hadisələrdən sonra AB-nin «Nabucco» layihəsinə diqqətinin artırılmasının vacibliyi barədə bəyanat verib. ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin digər Qərbyönlü postsovet ölkələri ilə yanaşı Azərbaycana səfər etməsi isə Qərbin illərdən bəri işləyib hazırladığı layihələrdən belə asanlıqla imtina etməyəcəyini nümayiş etdirməyə yönəlmiş addımdır. «Beşgünlük müharibə» Rusiyanın planlaşdırdığının əksinə olaraq, Qərbin bölgədən keçən enerji dəhlizinin təhlükəsizliyinin təmin edilməsinə, eləcə də «Nabucco» kimi alternativ layihələrin reallaşmasına marağını daha da artırıb. /APA-Economics/
Xəbər Lenti
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
Hindistan ordusunun təyyarəsi qəzaya uğrayıb, 5 hərbçi ölüb - VİDEO - YENİLƏNİB
Əmək Müfəttişliyi azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Bakıda "Son zəng" - FOTOLENT
Prezident İlham Əliyev Britaniya Kralına təbrik ünvanlayıb
Nazir: Tam orta təhsil modelində müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur
İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO
Emin Əmrullayev: Uşaqlar "Son zəng"i necə görmək istəyirlərsə, elə də keçirməlidirlər
Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirib
Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək
AZAL Bakıdan Naxçıvana uçuşları bərpa edib - YENİLƏNİB
Azərbaycan nefti ucuzlaşıb
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
İcraçı direktor: Azərbaycanda donorların sayı artır, qana olan tələbat ödənilir
Ötən gün 47 kiloqramdan artıq narkotik aşkarlanıb
Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb
Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
Bu gün Azərbaycanda “Son zəng”dir
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib