Bank Of Baku

IV Enerji Sammiti Brüsseldə keçiriləcək

IV Enerji Sammiti Brüsseldə keçiriləcək
# 26 sentyabr 2008 19:12 (UTC +04:00)
Onun sözlərinə görə, tədbirin noyabrın 26-27-də Belçika paytaxtında gerçəkləşdirilməsi gözlənilir.

Tədbirin Bakıda deyil, Brüsseldə keçirilməsinin səbəbi isə son üç ayda regionda baş verən hadisələr, burda siyasi mühitin gərginləşməsi ilə bağlıdır.

Hələlik tədbirdə iştirak edənlərin tam siyahısı dəqiqləşməsə də, GUAM ölkələrinin, MDB-nin bir sıra dövlətlərinin və regionla enerji əməkdaşlığında maraqlı olan Avropa ölkələrinin müxtəlif səviyyələrdə tədbirə qatılacaqları gözlənilir. A. Vaddams deyib ki, sammitdə enerji təhlükəsizliyi, əməkdaşlıq və bu sahəyə daxil olan digər aktual məsələlərlə bağlı müzakirələr aparılması planlaşdırılır.

Qeyd edək ki, birinci sammit Polşanın Krakov şəhərində 2007-ci ilin mayında, ikinci sammit Vilnüsdə 2007-ci ilin oktyabrında, sonuncusu isə Ukraynanın paytaxtı Kiyevdə bu il mayın 23-də keçirilib. Sonuncu sammitdə 10-a yaxın ölkənin prezidenti iştirak edib.

IV Enerji Sammitinin isə bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılıb. Lakin son qərarla tədbirin yeri dəyişdirilərək, Brüsselə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR