Bank Of Baku

Sentyabrda «Azəri-Çıraq-Günəşli» blokundan qazın qəbulu 14% azalıb

Sentyabrda «Azəri-Çıraq-Günəşli» blokundan qazın qəbulu 14% azalıb
# 07 oktyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 643,80 mln. kubmetr qaz hasil olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib. Avqust ayına nisbətən qaz hasilatı 1,1% düşüb.
Cari ilin yanvar-sentyabr ayları ərzində isə ARDNŞ-in qaz hasilatı 5 793,86 mln. kubmetr təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 25,7% azdır.
Bununla yanaşı, ARDNŞ sentyabr ayında 368,10 mln. kubmetr həcmində qaz qəbul edib ki, bunun 118,59 mln. kubmetri «Azəri-Çıraq-Günəşli» bloku, 249,51 mln. kubmetri isə «Şahdəniz» yatağının payına düşüb. Qazın qəbulunda 18,6% artım olub və bu artım özünü «Şahdəniz»dən qəbul edilən qazın həcmində göstərir. Hesabat dövründə «Şahdəniz»dən qəbul edilən qazın həcmi 42,4% artıb. AÇG-dən qaz qəbulu isə 13,8% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR