Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatını 2% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatını 2% azaldıb
# 07 oktyabr 2008 14:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 707,37 min ton neft hasil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Avqust ayı ilə müqayisədə neft hasilatında ciddi dəyişiklik olmayıb. Hesabat dövründə ARDNŞ 606,50 min ton nefti emala verib, 83,16 min ton həcmində nefti isə ixrac edib.
Cari ilin yanvar-sentyabr aylarında isə ARDNŞ tərəfindən 6 484,18 min ton neft hasil edilib ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 2% azdır. Yanvar-sentyabr aylarında şirkət emala 5 470,36 min ton neft verib, 979,26 min ton neft isə ixrac edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR