Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib
# 07 oktyabr 2008 14:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində (TTSD) Yaponiyanın JCCP şirkətinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Görüşdə Yaponiyada neft sənayesi üzrə fəaliyyət göstərən Tədris Mərkəzində ixtisasartırma kurslarına TTSD-nin mütəxəssislərinin cəlb olunması, əməkdaşlıq əlaqələri və tədris sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib. JCCP-nin nümayəndə heyəti TTSD ilə texniki əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bəyan ediblər.
TTSD-nin direktoru Asif Bəkirli isə bildirib ki, beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun fəaliyyət göstərən departament neft sənayesinin müəssisələri üçün ixtisaslı kadrların hazırlanması, onların peşə təhsilinin artırılması, eləcə də mühəndis texniki işçilərin ixtisaslarının artırılması kimi mühüm vəzifələri yerinə yetirir. İnteraktiv təlim metodlarına əsaslanan Mərkəzdə neft sənayesi üçün 40-dan çox ixtisas üzrə kurslar təşkil edilir.
JCCP-nin nümayəndələri ilə TTSD-nin mütəxəssisləri arasında yeni texnologiyaların tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarının keçirilməsi, təlimlərin əsasən simulyasiya proqramları ilə tədris edilməsi və daha əhatəli işgüzar əlaqələr qurmaq istiqamətində texniki əməkdaşlıq haqda razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR