Bank Of Baku

Bu qış Azərbaycanın paytaxtında 400-ə yaxın bina istilik ala bilməyəcək

Bu qış Azərbaycanın paytaxtında 400-ə yaxın bina istilik ala bilməyəcək
# 08 oktyabr 2008 09:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azəristiliktəchizat» ASC bu payız-qış qış mövsümündə Bakı şəhərində 2 050 yaşayış binası, 176 məktəb, 142 uşaq bağçası, 72 səhiyyə obyekti və 141 digər obyekti istiliklə təmin edəcək. Bu barədə «APA-Economics»ə «Azəristiliktəchizat» ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
R.Əliyevin sözlərinə görə, bu il 400-ə yaxın binanın istiliklə təchiz edilməsi mümkün olmayacaq. Həmin obyektlərin 150-si mikrorayonlarda registr istilik sistemi (istilik sistemi tavan və döşəmədə olan) quraşdırılmış, qalanları isə şəhərin mərkəzindəki bəzi arxitektur binalardır. «Azəristiliktəchizat» səlahiyyətlisi bildirib ki, hazırda qurum bütün binalara istilik verə bilər, lakin bəzi binaların daxili istilik sistemlərinin sıradan çıxması buna imkan vermir. Bu problemin həlli üçün belə binaların mülkiyyətçiləri daxili istilik sistemlərini bərpa etməlidir.
R.Əliyevin söylədiyinə görə, bu il əlavə olaraq, 400-ə yaxın yaşayış binasına Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi və digər nazirlik və təşkilatların balanslarında olan qazanxanalar vasitəsilə xidmət göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR