Bank Of Baku

İqtisadi inkişaf naziri Heydər Babayev: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün problem yaratmayacaq»

İqtisadi inkişaf naziri Heydər Babayev: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün problem yaratmayacaq»
# 08 oktyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycan üçün heç bir problem yaratmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, hazırda dünya bazarında neftin 1 barelinin qiyməti bu ilki dövlət büdcəsində qeyd edilən baza qiymətdən - 70 ABŞ dollarından çoxdur.
H.Babayev həmçinin qeyd edib ki, dünya analitiklərinin fikrincə neftin qiyməti 80 dollar/bareldən aşağı düşməyəcək və təxminən 80-90 dollar civarında dəyişəcək: «Buna baxmayaraq, neft və qazın istehsalının azalması neftin qiymətini 90-100 dollar/barel səviyyəsinə kimi artıra bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR