Bank Of Baku

Xəzərdəki ən iri borudüzən gəmi son 7 ildə ilk dəfə təmirə dayanıb

Xəzərdəki ən iri borudüzən gəmi son 7 ildə ilk dəfə təmirə dayanıb
# 09 oktyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizində ən nəhəng borudüzən gəmi olan «İsrafil Hüseynov» son 7 ildə ilk dəfə təmirə dayanıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Gəminin çəkisi 14 min ton, uzunluğu 146 metr, hündürlüyü 50 metrdir. Gəminin köməyi ilə sutka ərzində dənizin 10-300 metr dərinlikdə 2-2,5 km boru düzmək mümkündür. Cari ilin avqust ayında ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda başlanmış təmirin birinci mərhələsi qrafikə uyğun olaraq sentyabrın 25-dək tam yekunlaşdırılıb. Bu mərhələdə gəminin korpusu təmir edilib. Gəmi dokdan endirilərək suya salınıb və artıq Heydər Əliyev adına Dərin Özüllər Zavodunun kanalında reydə dayanıb. Burada onun təmirinin ikinci mərhələsi həyata keçiriləcək.
Qeyd edək ki, bu böyük kran təsərrüfatına 5 kran, 10 qaynaq stansiyası, konveyer mexanizmləri, lövbər bucurqadları, troslar daxildir. Gəmidəki 5 mərtəbəli yaşayış binasında da böyük həcmdə işlərin görülməsi planlaşdırılır. Binada istirahət salonları, sauna və hovuz, 273 nəfərin yaşaması üçün nəzərdə tutulmuş 208 kayuta var.
Xəzər dənizinə 1989-cu ildə gətirilən «İsrafil Hüseynov» gəmisi ilə «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından Səngəçal terminalına neft və qaz kəməri çəkilib. Bu ilin yazında isə «LUKoil» şirkətinin sifarişi ilə «İsrafil Hüseynov» gəmisi Xəzərin Rusiya sektorunda yerləşən «Yuri Korçagin» yatağında 58 km uzunluğunda neft kəməri inşa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR