Bank Of Baku

ARDNŞ-in istismar quyu fondu 6 053 ədədə çatıb

ARDNŞ-in istismar quyu fondu 6 053 ədədə çatıb
# 10 oktyabr 2008 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin oktyabr ayının 1-nə ARDNŞ-in (Əməliyyat Şirkətləri və Müştərək Müəssisələr istisna olmaqla) istismar quyu fondu 6 053 ədəd təşkil edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bunların 4 806 ədədi fəaliyyətdə olan, 1 230-u isə fəaliyyətsiz fondda, 17 quyu isə mənimsəmədədir.
Sentyabr ayının 1-i ilə müqayisədə ARDNŞ-in quyularının sayı 1 ədəd artıb.
Qeyd edək ki, 2008-ci il sentyabrın 1-i vəziyyətinə ARDNŞ-in istismar quyu fondu 6 052 ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR