Bank Of Baku

Azərbaycanda illik inflyasiya 21,5%-ə çatıb

Azərbaycanda illik inflyasiya 21,5%-ə çatıb
# 17 oktyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda inflyasiyanın aylıq tempi avqustla müqayisədə 0,9%, illik hesablamada isə 21,5% təşkil edib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sentyabrın sonuna ərzaq məhsulları, içkilər və tütün məhsulları üzrə inflyasiya 30% səviyyəsində olub. Malların bu təsnifatı üzrə avqustla müqayisədə inflyasiya 1,1% təşkil edib.
Qeyri-ərzaq malları üzrə isə illik inflyasiya 11,3%, aylıq inflyasiya 0,6% təşkil edib. Xidmətlər üzrə bu göstəricilər müvafiq olaraq 11,5% və 0,9%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR