Bank Of Baku

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər
# 17 oktyabr 2008 14:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev, Zaur Nurməmmədov – APA-Economics. Azərbaycandan Gürcüstana qaz ixracının artırılacağı istisna olunmur. «APA-Economics»in məlumatına əsasən, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri Murad Heydərov bildirib.
«Son hadisələri nəzərə alaraq, Gürcüstan şirkətləri ilə Rusiya «Qazprom»u arasında əməkdaşlıq dayandırılıb və, yəqin ki, Azərbaycan Gürcüstana əlavə qaz həcmləri göndərəcək», - deyə M.Heydərov bildirib. Lakin ARDNŞ rəsmisi Gürcüstan tərəfinin hələ belə bir təkliflə müraciət etmədiyini əlavə edib.
M.Heydərovun sözlərinə görə, hazırda Azərbaycan Gürcüstana ildə 1 mlrd. kubmetrədək qaz ixrac edir. Bunun bir hissəsi «Sahdəniz I»-dən, qalan hissəsi isə «Azəri-Çıraq-Günəşli»dən nəql olunur. Ümumilikdə, Gürcüstanın qaza olan illik tələbatı 1,5 mlrd. kubmetrə bərabərdir.
Qeyd edək ki, 2007-ci ildə «Qazprom» Gürcüstanda sənaye istehlakçıları ilə bağlanmış sazişlər əsasında bu ölkəyə qaz tədarük edib. Bundan başqa, Gürcüstan Rusiyanın Ermənistana tədarük etdiyi qazın həcminin 10%-ni tranzit haqqı kimi götürüb. «Qazprom»un 2007-ci il hesabatına əsasən, Gürcüstan 1,2 mlrd. kubmetr həcmində qaz alıb. Bu il isə Gürcüstan yalnız 10%-lik tranzit haqqının alınması ilə kifayətlənib.
M.Heydərov əlavə edib ki, Gürcüstana əlavə qaz tələb olunacağı təqdirdə, Azərbaycan bu tələbatı təmin edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR