Bank Of Baku

Azərbaycan Araz çayı üzərində yeni elektrik stansiyasının inşasına hazırlaşır

Azərbaycan Araz çayı üzərində yeni elektrik stansiyasının inşasına hazırlaşır
# 20 oktyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Araz çayı üzərində Ordubad su elektrik stansiyasının (SES) inşasına gələn il başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
E.Pirverdiyevin sözlərinə görə, hazırda ərazidə topoqrafiya, geodeziya işləri aparılır: «Bu stansiya digər SES-lər kimi bənd tipli olmayacaq. Ümumi gücü 40 MVt-a yaxın olacaq bu stansiya muxtar respublikanın enerji sistemi üçün çox əhəmiyyətlidir».
E.Pirverdiyev onu da qeyd edib ki, Naxçıvanın enerji sistemi qış mövsümündə muxtar respublikanı tam şəkildə elektrik enerjisi ilə təmin edəcək. Hazırda muxtar respublika sutkada Türkiyəyə olan borcunun müqabilində 20 MVt-a yaxın enerji ötürür, İranla «sıfır» balans səviyyəsində işləyir.
Qeyd edək ki, muxtar respublikanın Türkiyəyə elektrik enerjisinə görə 1992-ci ildən yaranmış borcunun həcmi 3,2 mlrd. kVt/saat və ya 130 mln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR