Bank Of Baku

Xoşbəxt Yusifzadə: «Mərkəzi Azəri» platformasında işlər artıq normallaşıb»

Xoşbəxt Yusifzadə: «Mərkəzi Azəri» platformasında işlər artıq normallaşıb»
# 04 noyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda sentyabr ayının ortalarında qaz sızması ilə bağlı istismarı dayandırılan «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarında işlər artıq normallaşıb. Bunu «APA-Economics»ə verdiyi açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X.Yusifzadənin sözlərinə görə, hazırda «Mərkəzi Azəri»də ARDNŞ-in 100-dək işçisi çalışır: «Qərbi-Azəri» və «Şərqi-Azəri» ilə əlaqə də düzəlib. Bu platformalar normal işləyir».
ARDNŞ rəsmisi vurğulayıb ki, hər iki platformada neftin gündəlik hasilatı 80 min tona çatıb, «Mərkəzi Azəri» platformasında isə suvurma quyuları işə düşüb: «Tədqiqat davam etdikcə suvurma quyularının ardınca neft quyuları da istifadəyə buraxılacaq. Bütün məsələləri təhlükəsiz həll etmək istəyirik».
«Mərkəzi Azəri» platformasında işlərin nə zaman bərpa olunacağı ilə bağlı konkret vaxt söyləməyən ARDNŞ-in vitse-prezidenti bildirib ki, burada işlər mərhələli aparılır: «İlk öncə platformadan çıxan qazın analizi aparılır. Hazırda platformada geofiziki işlər də görülür. Bilmək lazımdır ki, bu qaz quyudan, yoxsa çatlamalardan gəlir».
X.Yusifzadənin sözlərinə görə, platforma çox böyük olduğu üçün işlərin dəqiq aparılması tələb olunur. Bu səbəbdən tələsməyə heç bir lüzum görməyən ARDNŞ rəsmisi «Mərkəzi Azəri» platformasındakı quyuların fontan quyular olduğunu da xatırladıb. Şirkət nümayəndəsi vurğulayıb ki, məhz bu səbəbdən burada neft itkisindən söhbət getmir, çünki neft ehtiyatları aşağı layda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR