Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının «Aura» gəmisi Qazaxıstandakı sifarişi yerinə yetirib

Xəzər Dəniz Neft Donanmasının «Aura» gəmisi Qazaxıstandakı sifarişi yerinə yetirib
# 04 noyabr 2008 13:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasının «Aura» yedək-təchizat gəmisi Qazaxıstandan alınmış sifarişi yerinə yetirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
«Aura» gəmisi vasitəsilə Qazaxıstanın «Servis» gəmisi bu ölkənin şimal-şərqində yerləşən Bautino qəsəbəsindən təmir üçün Bakıya nəql edilib. «Servis» gəmisinin subasımı 3 min tondur.
Qeyd edək ki, «Aura» yedək-təchizat gəmisi Xəzər Dəniz Neft Donanmasında bu tipdə olan ən böyük gəmilərdəndir. Belə ki, 8 200 at gücünə malik gəminin Xəzər dənizində analoqu yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR