Bank Of Baku

Azərbaycanda elektron su sayğacları istehsal olunacaq

Azərbaycanda elektron su sayğacları istehsal olunacaq
# 04 noyabr 2008 14:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın «Gəncə Sənaye Cihaz» ASC ölkədə ilk dəfə olaraq, elektron kartlı su sayğaclarının istehsalına başlamaq üçün İtaliya şirkətləri ilə danışıqlar aparır. Bu barədə «APA-Economics»ə «Gəncə Sənaye Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib. Sədrin sözlərinə görə, yeni məhsulun istehsalına artıq gələn il başlanıla bilər.
F.Yelisuyski bildirib ki, elektron kartlı su sayğaclarının istehsalına başlamaq üçün 2 mln. avro vəsait tələb olunur. Yeni məhsullar ilkin mərhələdə yalnız Azərbaycan bazarı üçün nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 2006-cı ildə «Gəncə Sənaye Cihaz» zavodunun özəlləşdirilməsi ilə bağlı tender keçirib. Tenderin qalibi olan «Gulf Service» MMC zavoda 4 mln. avro dəyərində investisiya qoyuluşunu öhdəsinə götürüb. Artıq investisiya proqramını tam yerinə yetirən şirkət Fransanın «Aktaris» şirkəti ilə birgə istehsalda yeni texnologiyalar tətbiq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR