Bank Of Baku

Avropada qaz birjası yaradılacaq

Avropada qaz birjası yaradılacaq
# 06 noyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avstriyanın OMV, Rusiyanın «Qazprom», Vyana Fond Birjasının operatoru olan «Wiener Borse AG» şirkətləri və «Qazprombank» tərəfindən təsis edilmiş «Centrex Europe Energy» şirkəti Mərkəzi Avropa qaz birjasının yaradılmasına dair razılığa gəlib. «APA-Economics»in məlumatına görə, yeni birjada qaz məhsulları üzrə spot və fyuçerslər üzrə ticarət əməliyyatları aparılacaq.
Qeyd edək ki, dünyada qazın alqı-satqı əməliyyatları əsasən ikitərəfli dövlətlərarası sazişlər əsasında aparılır. Burada qiymətlərin müəyyənləşdirilməsinə iqtisadi amillərdən daha çox dövlətlərin siyasi maraqları təsir göstərir. Hətta bəzən qazın satış qiyməti müvafiq uzunmüddətli sazişlərlə rəsmiləşdirilir. Bununla belə, qaz birjasının nə qədər faydalı olacağı və burada müəyyənləşəcək qiymətlərin dünya qaz ticarətində real qiymətlərə təsiri hələ sual altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR