Bank Of Baku

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
# 07 noyabr 2008 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi «Azeri Light» markalı xam neft partiyasının Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından ixracına dair marketinq sorğusu elan edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, sorğuya əsasən, bu ilin dekabrın 10-15-də Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyası ixrac olunmalıdır.
Qeyd edək ki, noyabrın 10-da yekun vurulacaq sorğunun nəticələri növbəti gün elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR