Bank Of Baku

«Azərbaycan» İES-də elektrik enerjisi istehsalı 5% azalıb

«Azərbaycan» İES-də elektrik enerjisi istehsalı 5% azalıb
# 12 noyabr 2008 12:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr ayları ərzində «Azərbaycan» istilik-elektrik stansiyasında (İES) 7,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da müvafiq 10 aylıq proqnozdan 9% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə stansiyada elektrik enerjisinin istehsalı 5%-ə yaxın azalıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Hesabat dövründə stansiya proqnoz tapşırıqları üzrə göstəriciləri yerinə yetirməklə 19 min tona yaxın şərti yanacağa, 7 mln. kVt/saatdan artıq elektrik enerjisinin xüsusi sərfinə qənaət edib.
Qeyd edək ki, cari ilin oktyabr ayında stansiyada 658 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da proqnozdan 2% çoxdur.
Xatırladaq ki, 1981-ci ildən fəaliyyət göstərən «Azərbaycan» İES hər birinin gücü 300 MVt olan 8 enerji blokundan ibarətdir. Daxili imkanlar hesabına 5-ci enerji blokunda aparılmış yenidənqurma işlərinin uğurla başa çatdırılması nəticəsində blokun gücü 330 MVt-a çatdırılıb. Digər 7 blokun yenidən qurulması layihəsi üzrə işlər plana uyğun davam etdirilir. Blokların tamamilə yenidən qurulması nəticəsində ölkənin energetika sistemi 600 MVt-dan artıq əlavə güc əldə edəcək. Stansiyada yenidənqurma işlərini Çinin SNEC şirkəti aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR