Bank Of Baku

Azərbaycanın Türkiyənin «Tekfen İnşaat» şirkətində 50% pay alması ilə bağlı danışıqlar davam etdirilir

Azərbaycanın Türkiyənin «Tekfen İnşaat» şirkətində 50% pay alması ilə bağlı danışıqlar davam etdirilir
# 14 noyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin «Tekfen İnşaat» tikinti şirkətində 50% səhmlərin alınmasına tərəflər arasında aparılan danışıqlar davam etdirilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, hazırda bu məsələyə dair tərəflər arasında danışıqlar aparılır və dünya maliyyə böhranı ilə əlaqədar meydana müəyyən problemlər çıxıb: «Hazırda maliyyə böhranına görə bir çox şirkətlər öz mövqelərini yenidən nəzərdən keçirir. Bizdə isə səhmlərin alınmasına dair bir neçə məsələlərin dəqiqləşdirilməsi aparılır».
Qeyd edək ki, bir qədər öncə Türkiyə mətbuatı «Palmali» və ARDNŞ-in 520 mln. ABŞ dollarına «Tekfen»in 50% səhmlərinin alması haqqında məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR