Bank Of Baku

Avropa Komissiyası Rusiyaya alternativ mənbələrdən qaz idxalının artırılmasının tərəfdarıdır

Avropa Komissiyası Rusiyaya alternativ mənbələrdən qaz idxalının artırılmasının tərəfdarıdır
# 14 noyabr 2008 09:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avropa Komissiyası Rusiyadan idxal olunan təbii qazdan asılılığı azaltmaq məqsədi ilə günəş və külək enerjisindən, həmçinin Xəzər və Afrika regionunun yeni təbii qaz mənbələrinə marağın artırılmasını vacib sayır. «APA-Economics»in məlumatına görə, bunu Avropa Komissiyanın sədri Jose Manuel Barrozo bildirib.
Barrozonun sözlərinə görə, Avropa İttifaqı ötən il enerji qiymətlərini 15% artırıb.
Avropa Komissiyası tərəfindən hazırlanmış Strategic Energy Review adlı məruzədə Avropa İttifaqının Azərbaycan və Türkmənistandan qaz idxalı yollarını arayacağı və Xəzər qazının alınması üçün konsorsiumun yaradılacağı qeyd olunur. Bundan başqa, məruzədə Rusiyadan kənar keçən qaz kəmərlərinin çəkilişinin dəstəklənəcəyi bildirilir.
Barrozo Avropa İttifaqının təbii qaz bazarında Rusiyanın xüsusi çəkisinin ilbəil artdığını vurğulayıb: «Əgər Avropa İttifaqı qaz idxalı mənbələrinin sayını artırmazsa, 2030-cu ilə qədər Avropanın qaz bazarında Rusiyanın payı 70%-ə çatacaq. Hazırda Avropa İttifaqına üzv olan 27 ölkədən 8-nin istifadə etdiyi qaz tamamilə Rusiyadan idxal olunur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR